BaşlıcaSiyasət

Minaların yerləşdirilməsi sırf təmas xəttində olub və bu proses hər iki istiqamətdə həyata keçirilib: Müdafiə Ordusu

Müdafiə Ordusu tərəfindən minaların yerləşdirilməsi müstəsna olaraq Azərbaycanın silahlı qüvvələri ilə təmas xəttində olub və bu proses hər iki istiqamətdə həyata keçirilib. Bunu Artsax Müdafiə Nazirliyinin mətbuat katibi Suren Sarumyan Azərbaycan prezidenti İlham Əliyevin bəyanatına cavab olaraq bildirdi.

Suren Sarumyanın sözlərinə görə, birinci müharibədən sonra Azərbaycan tərəfinin yerləşdirdiyi minaların təmizlənməsi üçün çoxlu işlər aparılıb, lakin onların həcmini nəzərə alsaq, hələ də yüzlərlə hektar ərazi minalıdır.

“Həmin ərazilərdə yerləşdirilən minalarla bağlı bütün məlumatlar yalnız Azərbaycan tərəfinə məlumdur və bu baxımdan Ermənistan tərəfinə yönəlmiş qondarma ittihamlar beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdidir”,- deyə o qeyd etdi.

Daha çox göstər
Back to top button