BaşlıcaSiyasət

Moskva şəhər hakimiyyəti azərbaycanlı oliqarxı məhkəməyə verib

Moskva hakimiyyəti “Lukoyl” şirkətinin  кэриэкш və həmtəsisçisi, rusiyalı oliqarx, milliyyətcə azərbaycanlı Vaqit Ələkbərovu məhkəməyə verib. Buna səbəb binanın damındakı penthausun genişləndirilməsidir.

Rusiyanın ən varlı vətəndaşları arasında 5-ci yeri tutan iş adamı paytaxtın mərkəzində çoxmərtəbəli binanın damında tikintiyə başlayıb.

Hakimiyyət yaşayış massivinin planlaşdırılan genişləndirilməsini dayandırmağı tələb edib.

Moskvanın Bələdiyyə Mülkiyyəti departamenti binanın yuxarı hissəsindəki tikintinin piyadalar üçün təhlükə yaratdığını bildirib.

Daha çox göstər
Back to top button