BaşlıcaSiyasət

İran Azərbaycanla sərhəd yaxınlığında böyük hərbi təlimlər keçirəcək

İslam İnqilabı Keşikçiləri Korpusunun Quru qoşunlarının komandanı briqada generalı Məhəmməd Pakpur yaxın günlərdə ölkənin Şimalında böyük hərbi təlimlər keçirəcəyini açıqlayıb. Bu haqda İranın “Mehrnews” saytı məlumatlandırıb.

“Yaxın günlərdə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru qoşunlarının “Eghtedar/Power” adlı kütləvi hərbi təlimləri ölkənin Şimal sərhədlərində, İslam İnqilabı Keşikçiləri Korpusunun regional “Aşura” hərbi bazasında keçiriləcək”- deyə Məhəmməd Pakpur bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusunun Quru qoşunlarının komandanı bəyan edib ki, iri hərbi təlimlərin keçirilməsi İİKK quru qüvvələrinin döyüş hazırlığının artırılması məqsədi daşıyan missiyanın icrası üzrə illik plana tam uyğundur.

Daha çox göstər
Back to top button