BaşlıcaSiyasət

Ruben Rubinyan AŞPA-da çıxış edib:  “Sənin ərazilərin okupasiya olunmuşsa,  sülh barədə danışmaq ümkünsüzdür” (VİDEO)

AŞ PA-nın payız sessiyasında ER parlamenti  sədrinin müavini, ER parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan çıxış edib.

 Ruben Rubinyan qeyd edib:

“Təşəkkür edirəm, xanım sədr.

 İcazə verin, bütün əvvəlki çıxış dənlərə, xüsusən də cənab Qavana həqiqəti təqdim etdiklərinə və faktları ortaya qoyduğuna görə təşəkkür edim.

Doğrudan da, mənim ölkəm, mənim demokratik ölkəm, son vaxtlar avtoritar qonşusu tərəfindən hücuma məruz qalıb. Hücum tamamilə əsassız və doğrulamış idi.

 Dinc sakinlərqətlə yetiildi. Qəsəbələrə və mülki infrastrukturlara ziyan dəyib. Cənab Gavan bütün bunları öz çıxışında açıqladı.

Niyə oxşar əməl baş verdi? Təcavüzkarın əvvəllər məsuliyyətə cəlb edilmədiyi üçün baş verib. Burada keçən sessiyada mən 2021-ci ildə Ermənistanın suveren ərazisinə növbəti dəfə Azərbaycanın işğalından danışırdım.

Mən hələ də Azərbaycanda saxlanılan erməni hərbi əsirlərdən danışırdım. Onlar hələ də orada saxlanılır. İndi bir neçə aydan sonra qarşımızda yeni təcavüz, yeni işğal, yeni hərbi əsirlər var, onların bəziləri öldürülüb və onların əsir düşəndən dərhal sonra azərbaycanlılar tərəfindən edam edildiyini göstərən kadrlar var.

Bütün bunlar ona görə baş verib ki, azərbaycanlılar əvvəlləröz əməlləri üçün cəzalandıılmayıb.

Hörmətli həmkarlar, məndən sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edəcək. Çox güman ki, o, Azərbaycanın köhnə inkar ənənəsinə müraciət edərək, Azərbaycan təcavüzünün sadəcə baş vermədiyini söyləyəcək.

Deyəcək ki, cənab Qavan, xanım Aberq və digər çıxış edənlər yanılır, Ermənistan ərazisinə təcavüz yoxdur, amma Ermənistan buna layiqdir.

Niyə? Çünki bu onun işidir. Cənab Səməd Seyidovun buradakı işi onun avtoritar hakimiyyətinin əməllərinə, qanunsuz cinayətlərinə haqq qazandırmaqdır.

Bu təşkilatda sülhdən danışmaq zərurətindən çıxış edərək nəzərinizə çatdırmaq istəyirəm ki, AŞ PA sədri cənab Koks məni və cənab Seyidovu Parisdə Monitorinq Komissiyasının sessiyası çərçivəsində görüşə dəvət etdi.

Həmin görüş sentyabrın 15-nə təyin edilmişdi, niyə baş tutmadı? Çox sadə səbəbə görə. Görüşdən iki gün əvvəl ölkəm Azərbaycan tərəfindən hücuma məruz qaldı və mən Parisə getmədim.

Hörmətli həmkarlar, sülhdən danışmaq mümkündür, haçan ki, səni həmkarların  sülhdən danışırlar

Onlar sizə atəş açarkən, ərazinizi işğal edərkən sülhdən danışmaq mümkün deyil. Bu mümkün deyil:

Mən başa düşürəm ki, bir çox dostlarımız Dağlıq Qarabağ münaqişəsinə gəldikdə tərəf tutmaq istəmirlər. Bu mürəkkəbdir. Mən anlayıram.

Amma bu fərqlidir. Bu odur ki, avtoritar hakimiyyət demokratik qonşusuna hücum edir və onun ərazisini işğal edir, onu məhkum etmək lazımdır. Azərbaycan qoşunları Ermənistan ərazisini dərhal tərk etməli, erməni hərbi əsirlərisə  azad etməlidir”.

Daha çox göstər
Back to top button