BaşlıcaBeynəlxalq

Dövlət nazirliyi:  “Biz Rusiyanın Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq üçün hər hansı səy göstərdiyini görməmişik”

Əgər hər hansı bir ölkə Ermənistan və Azərbaycan məsələsində bizimlə əməkdaşlıq etmək və münasibətlərin normallaşmasına kömək etmək istəsə, biz bunu təbii ki, alqışlayacağıq.

Bu haqda ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel ABŞ-ın Rusiya Federasiyasının Qərbin vasitəçiliyi ilə Yerevanla Bakı arasında gedən prosesləri təhlükə altına sala biləcəyindən qorxması ilə bağlı sualı cavablandırarkən deyib.

“Lakin biz Rusiyadan heç bir səy görmədik” – deyərək Vedant Patel bildirib.

Dövlət Departamentinin nümayəndəsi ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, Qafqaz danışıqları üzrə baş müşaviri, səfir Filip Rikerin regiona mümkün səfəri ilə bağlı yenilənmiş məlumat verməyib.

Daha çox göstər
Back to top button