Oktyabrın 13-də Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan Fransa Milli Assambleyasının sədri Yael-Braun Pivetlə görüşüb. Bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumatlandırıb.
Səfir səmimi qəbula, Ermənistanı dəstəklədiyinə və Ermənistan-Fransa dostluğunun möhkəmlənməsinə yönəlmiş səylərə görə təşəkkür edib.
Görüş zamanı səfir Tolmacyan həm Azərbaycanın 2020-ci ildə Artsaxa qarşı başlatdığı müharibəyə, həm də Azərbaycanın bu ilin sentyabrında Ermənistanın suveren ərazisinə təcavüzünə və Azərbaycan tərəfinin törətdiyi hərbi cinayətlərə hərtərəfli toxunub.
Təcavüzkar dövlətin təcavüzünün dayandırılması və Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün vahid beynəlxalq reaksiyanın vacibliyi vurğulanıb.