BaşlıcaSiyasət

ATƏT müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi məsələsi müzakirə olunur

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədinə ATƏT müşahidəçilərinin göndərilməsi məsələsi müzakirə olunur. Onun sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı aydınlıq olacaq.

Aİ-nin müşahidə missiyasına toxunan Mirzoyan qeyd edib ki, Ermənistan tərəfi gözləyir ki, Aİ-nin müşahidə missiyasının faktaraşdırıcı hissəsi olacaq və faktlar sübut edəcək ki, Ermənistan Respublikasının suveren ərazisinə təcavüzün olması və Azərbaycan qoşunlarının Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinə təcavüzünün olması barədə iddialar, reallığa uyğundur.

Onun sözlərincə, bu missiya növbəti yeni hücumların qarşısının alınması və davamlı sülhün bərqərar edilməsi kimi mühüm missiyanı da yerinə yetirəcək.

Daha çox göstər
Back to top button