Başlıcaİctimaiyyət

Azərbaycan Xalq Cəbhəsi Partiyası Bakı meriyasının binası qarşısında etiraz aksiyası keçirəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası oktyabrın 24-də saat 16:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələbilə etiraz aksiyası keçirmək qərarına gəlib.

Partiya sədri Əli Kərimli bildirib ki, bununla bağlı şəhər rəhbərliyinə xəbərdarlıq məktubu göndərilib.

Onun sözlərinə görə, aksiyasının əsas tələbi sərbəst toplaşmaq azadlığına qadağanın aradan qaldırılmasıdır.

Etirazçılar həmçinin siyasi məhbusların azad edilməsini və quru sərhədlərinin açılmasını tələb edəcəklər.

Bu arada Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının mitinq keçirmək barədə müraciətini məqsədəuyğun hesab etməyərək imtina cavabı verib.

Daha çox göstər
Back to top button