BaşlıcaBeynəlxalq

Hollandiya Erməni Təşkilatları Federasiyası:  “Hollandiya erməni hərbi əsirlərin öldürülməsi ilə bağlı ikrah hissini ifadə edib”

Niderlandın Xarici işlər nazirliyi Vopke Hoekstranın deputatlardan birinin yazılı suallarına verdiyi cavabları dərc edib.

 Bu sualda hələ də sülhü təşviq etmək adı altında Azərbaycanı təcavüzkar dövlət kimi göstərməkdən yayınmağa cəhd edilir.

Lakin bir sıra mühüm məqamlar qeyd olunur. Bu haqda Hollandiya Erməni Təşkilatları Federasiyası (FAON) öz Facebook səhifəsində məlumatlandırıb..

Mənbənin sözlərinə görə, nazir xüsusi olaraq vurğulayıb ki, Hollandiya parlamentinin bir il əvvəl qəbul etdiyi qətnamənin yerinə yetirilməsi üçün Hollandiya Avropa Birliyinin müşahidə missiyası çərçivəsində Ermənistana ən qısa zamanda müşahidəçilər göndərməyi planlaşdırır.

“Xarici işlər naziri Hollandiya hökumətinin erməni hərbi qulluqçularına və mülki şəxslərə qarşı cinayətlərin müstəqil araşdırılmasına, habelə sülhməramlı tədbirlərə töhfə verməyə çağırışlarına sadiqliyini bir daha təsdiqləyib.

Hollandiya Erməni Təşkilatları Federasiyasından verilən məlumata görə, Vopke Hoekstra Azərbaycanın Hollandiyadan birbaşa və ya dolayısı ilə heç bir dəstək almadığını və Niderlandın Azərbaycana verilən dəstəkdə fərqləndirmə prinsipini önəmli hesab etdiyini bildirib.

AB. eyni zamanda, Hollandiyanın Ermənistana müxtəlif formatlarda dəstək verdiyi vurğulanır.

“Nazir aydınlaşdırdı ki, Azərbaycan Hollandiya üçün əsas ticarət tərəfdaşı deyil, üstəlik, ticarət həcminə görə 94-cü yeri tutur” – deyə Hollandiya Erməni Təşkilatları Federasiyası bildirir və əlavə edib ki, erməninin qətlamı ilə bağlı videogörüntülərə istinadən. nazir qeyd edib ki, Azərbaycanın səfiri ilə Hollandiya XİN-də keçirilən görüşdə Azərbaycan əsgərləri tərəfindən erməni hərbi əsirlərin öldürülməsi ilə bağlı videogörüntü ilə bağlı ikrah ifadə olunub və müstəqil araşdırma aparmağa çağırılıb və onun nəticələrini elan olunmmasını tapşııb”.

Hollandiya Erməni Təşkilatları Federasiyası da bildirib ki, nazir Hoekstranın fikrincə, hazırda Azərbaycana qarşı sanksiyaların tətbiqi sülhün bərqərar olmasına kömək etməyəcək.

Daha çox göstər
Back to top button