ER Xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin Ermənistanın müraciəti əsasında ilkin müşahidə və ya faktaraşdırıcı missiyanın göndərilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.
Onun sözlərinə görə: “Həmin məmurlar gəlib, onların qeydləri əsasında hesabat hazırlayıb, bütün üzv dövlətlərə təqdim ediblər.
Katiblik onun əsasında qərar layihəsini dövriyyəyə buraxıb. Şifahi müzakirələrlə biz KTMT Şurasının iclasının nə vaxt keçiriləcəyini anlamağa çalışdıq.
Burada ölkələrin liderləri də yeni müşahidə missiyasının missiyasını müzakirə edə bilərlər.Biz indiki mərhələdəyik, heç bir qərar yoxdur, müzakirələr gedir.Şura iclasının keçirilməsi gözlənilir.
Burada vəziyyətə müttəfiq dövlətlərimizin təqdim edəcəyi siyasi qiymət bizim üçün son dərəcə vacibdir. İlk növbədə, təşkilatın mövcud vəziyyəti nə dərəcədə tanıdığını başa düşməliyik. Bu isə Ermənistana qarşı və Ermənistanın suveren ərazisinə təcavüzdür”.