Tehran regionda Ermənistanı İrandan ayıracaq planın həyata keçirilməsinə imkan vermədi. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan bildirib.
İranın xarici işlər naziri qeyd edib : “Bölgədə regionun geosiyasətini dəyişməyə hesablanmış çox təhlükəli ssenari gedirdi. Hətta İranla Ermənistan arasında qədim kommunikasiya yolunu kəsmək üçün cəhdlər edilib. İran buna icazə vermədi”.
Onun sözlərinə görə, İran Respublikası bunu şimal-qərb sərhədlərində hərbi təlimlər keçirməzdən əvvəl edib. “Biz problemi siyasi yolla həll etməyə çalışmışıq”.