Almaniya Ermənistandakı müşahidə missiyasında iştirak etmək istəyir və noyabr ayından etibarən iş üçün öz mütəxəssislərini təklif etməyi planlaşdırır. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
“Federal hökumət Almaniyanın Ermənistandakı müşahidə missiyasında iştirakına çalışır və noyabrdan başlayaraq ekspertlərin göndərilməsi təklifi ilə çıxış edə bilər”, – Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, konkret kimin prosesə cəlb olunacağına aydın ehtiyaclardan asılı olaraq missiyanın rəhbərliyi qərar verəcək.
Qeyd edək ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində yerləşəcək 40 nəfərlik müşahidə missiyasını Ermənistana göndərmək qərarına gəlib.