İran İslam Resublikasının Parlamentinin nümayəndəsi Ara Şahverdyan Araks çayı boyunda İran təlimlərinə toxunaraq qeyd etdi ki,milli maraqları qorumaq üçün bütün variantlar masadadır.
“İslam Respublikası sərhədləri yaxınlığında geosiyasi dəyişikliklərə dözməmək barədə dəfələrlə xəbərdarlıq edib. Bu hərbi təlimlərdə ilk dəfə olaraq Araksdan texnikanın ötürülməsi əməliyyatı həyata keçirilib. Bu da göstərir ki, milli maraqların qorunması üçün bütün variantlar masa üzərindədir və bu zarafat deyildir”,- deyə o qeyd etdi.
Oktyabrın 17-də İran Azərbaycanla sərhədində İnqilab Keşikçiləri Korpusunun quru qoşunlarının iştirak etdiyi, hərbi helikopterlərin, pilotsuz uçan aparatların və hücum silahlarının da iştirak etdiyi irimiqyaslı hərbi təlimlərə başlayıb.