BaşlıcaSiyasət

Artsaxın dövlət naziri: “Bakı  tədricən vəziyyəti kəskinləşdirməyə  doğru aparır”

Azərbaycan Ermənistan silahlı qüvvələrinə qarşı minaatanlardan da istifadə etməklə atəşkəs rejiminin pozulmasının miqyasını artırıb. Bu o deməkdir ki, Bakı tədricən vəziyyətin gərginləşməsinə, təxribatına doğru gedir.

Bu haqda Artsaxın dövlət naziri Artak Beqlaryan öz “Twitter” səhifəsində yazıb.

“Vurğulayaq ki, bu gecə Azərbaycan Ermənistan silahlı qüvvələrinə qarşı atəşkəs rejimini pozmaq miqyasını artırıb, bu dəfə də minaatanlardan istifadə edib.

Bu o deməkdir ki, Bakı vəziyyəti tədricən gərginləşdirməyə və təxribata doğru gedir. Cəzasızlıq həmişə yeni cinayətlər doğurur”- deyərək Beqlaryan yazıb.

Oktyabrın 19-dan 20-nə keçən gecə saat 00:05 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri cəbhənin Şərq istiqamətində yerləşən mövqelərimizi müxtəlif çaplı atıcı silahlardan, həmçinin minaatanlardan da atəşə tutublar.

Daha çox göstər
Back to top button