BaşlıcaEkonomika

Avropa İttifaqı Ermənistana 33 milyon qrant ayırdı

Avropa İttifaqı Ermənistana 33 milyon avro qrant dəstəyi verəcək.

Bu barədə Ermənistan hökumətin iclasında baş nazirin müavini Mher Qriqoryan bildirib.

Ermənistan Respublikası ilə Avropa Komissiyası arasında “Avropa İttifaqı davamlı və hesabatlı institutlar üçün” saziş təsdiqini tapıb. Birinci plan polis islahatlarının həyata keçirilməsi, miqrasiya idarəçiliyi və insan hüquqlarının müdafiəsi üçün 10 milyon avro qrant dəstəyinin verilməsidir.

Digər razılaşmaya əsasən, Ermənistana inklüziv və dayanıqlı sosial-iqtisadi dirçəliş və inkişaf üçün 23 milyon avro qrant dəstəyi verilməsi planlaşdırılır”,- Qriqoryan çıxışında vurğulayıb.

Baş nazir Nikol Paşinyan isə bildirib ki, Avropa İttifaqı 2026-cı ilə qədər Ermənistana 2,4 milyard avro dəstək verəcək.

Daha çox göstər
Back to top button