BaşlıcaSiyasət

Artsaxın Prezidenti  Çartarda çoxfunksional idman kompleksinin açılışı mərasimində iştirak edib

Oktyabrın 24-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Martunu rayonunun Çartar şəhərində xeyriyyəçi Vladimir Avaqyanın vəsaiti ilə tikilmiş çoxfunksiyalı idman kompleksinin açılış mərasimində iştirak etmişdir.

Artsax Prezidentinin iş heyətindən verilən məlumata görə, ölkə başçısı Vladimir Avaqyana proqramlar çərçivəsində şəxsi vəsaiti ilə son illər ərzində Artsaxda həyata keçirilən on milyon ABŞ dollarına yaxın xeyriyyə layihələrinə görə minnətdarlığını bildirib.

“Erməni kəndlərinin İnkişafı Fondu”nun o, növbəti təşəbbüsün gənc nəslin sağlam həyat tərzinin və dolğun gündəlik həyatının təmin edilməsində mühüm amil olacağını vurğulayıb.

Artsax Prezidenti qonaqlarla birlikdə idman mərkəzinin müasir şəraiti ilə tanış olmuş, gənclərin nümayiş etdirmə məşqlərini izləmişdir.

Tədbirdə həmçinin Artsax Respublikası parlament sədri Artur Tovmasyan, nazir xanım  Anahit Hakopyan, parlament deputatları, vilayət administrasiyasının rəsmiləri, Rusiya Federasiyasından gələn qonaqlar, o cümlədən Rusiyanın  Ermənilər Birliyinin nümayəndə heyəti iştirak edibdir.

Daha çox göstər
Back to top button