BaşlıcaSiyasət

ATƏT nümayəndələri Qorisdə və qonşu kəndlərdə vəziyyətlə tanış olublar

ATƏT Katibliyinin nümayəndələri (sədr: polkovnik Robert Arkadiuş Tkaçik, Polşa nümayəndəsi) Qorisdə icmanın rəhbəri Aruş Aruşanyanla görüşüb və sentyabrın 13-dən sonra icmada yaranmış vəziyyəti müzakirə ediblər.

Bu barədə Qoris bələdiyyəsindən məlumat verilib. Görüş zamanı Azərbaycan silahlı qüvvələrinin sentyabrın 12-13-də  Ermənistan Respublikasının suveren ərazisinə qarşı həyata keçirdiyi hərbi əməliyyatların nəticələri ATƏT-in nümayəndə heyətinə təqdim edilib.

Bir sıra məsələlər, o cümlədən infrastruktura dəyən zərər, münaqişə nəticəsində zərər çəkmiş mülki əhali və təhlükəsizlik vəziyyəti müzakirə  olunubdur.

 ATƏT nümayəndələri Verişen və Akner qəsəbələrinə də baş çəkiblər. Onlar vəziyyətlə yerində tanış olub, hərbi əməliyyatlardan zərər çəkmiş sakinlərlə söhbət ediblər.

Daha çox göstər
Back to top button