Rusiyanın “Vedomosti”nin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda Rusiyada görüşə və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilərlər.
Artıq hazırlıqlara başlanılıb.
Şərhlər üçün “RadarArmenia” ER Baş nazirinin aparatına müraciət edib, oradan deyilib ki, “Hökumət Baş nazirin bütün səfərləri barədə vaxtında məlumatlandırır”.
Xatırladaq ki, bu il oktyabrın 14-də MDB dövlət başçılarının Astanada keçirilən görüşündə Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevi Rusiyada görüş keçirməyə dəvət etmişdi.