BaşlıcaSiyasət

İrakli Qaribaşvili:  “Biz sülh siyasətini dəstəkləməyə davam edəcəyik”

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib ki, Gürcüstan hökuməti Ermənistan və Azərbaycan arasında sülh nizamlanması prosesini dəstəkləməkdə davam edir.

Alınan məlumata görə, bu haqda  Gürcüstanın Baş naziri Tbilisidə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra deyib.

“Biz regiondakı hazırkı vəziyyəti müzakirə etdik, Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesinin başlanması ilə bağlı son razılaşmaya istinad etdik.

Bu, əlbəttə ki, bizə ümid verir. Gürcüstan, mən və hökumətimiz bəyan edirik ki,birlikdə başladığımız sülh siyasətini  danışıqlar prosesini davam etdirməyə tam hazırıq.

. Onu da vurğulamaq istəyirəm ki, sülhsevər qonşuluq təşəbbüsü heç bir başqa əməkdaşlıq formatı ilə ziddiyyət təşkil etmir və onu əvəz etmir.

Əksinə, bu, kömək edəcək və inanıram ki, biz birlikdə çox mühüm işlər görəcəyik”- deyərək Qaribaşvili qeyd edib.

Daha çox göstər
Back to top button