BaşlıcaSiyasət

ABŞ Ermənistan iqtisadiyyatını dəstəkləmək üçün 25 milyon dollar ayırır

ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAİD) Ermənistan iqtisadiyyatını dəstəkləmək məqsədi ilə başlayacağı yeni proqrama 25 milyon dollar ayırıb. Məlumatı “news.am” yayıb.

Bildirilib ki, USAİD-in “Sabit Ermənistan üçün İqtisadi Fond” layihəsi Ermənistanın iqtisadi təhlükəsizliyini, eləcə də iqtisadi artım mərhələlərində mənfəət əldə etmək və iqtisadi tənəzzül mərhələlərini aradan qaldırmaq imkanlarını gücləndirəcək.

Məlumata görə, proqramın icrası beş il üçün nəzərdə tutulub. Bildirilib ki, bu müddət ərzində podratçılar respublikanın dövlət orqanları, o cümlədən iqtisadiyyat və yüksək texnologiyalar sənayesi nazirlikləri, eləcə də özəl sektorun nümayəndələri ilə qarşılıqlı əlaqədə olmalıdırlar. Layihə üçün 25 milyon dolların ayrılması planlaşdırılır.

USAID qeyd edib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Ermənistan iqtisadiyyatı üçün “yeni şok” yaradıb:

“Bu layihə Ermənistanın iqtisadi zəifliyinə diqqət yetirəcək və onun bu cür çağırışlara qarşı iqtisadi dayanıqlığını gücləndirəcək”.

Daha çox göstər
Back to top button