BaşlıcaEkonomika

Avropa Rusiya qazını məgər Türkiyə vasitəsilə alacaq?

Çexiya Avropanın Türkiyənin “qaz qovşağı” vasitəsilə Rusiya qazını almayacağınıehtimal edir. Bu haqda Türkiyənin “Dünya” qəzetinə müsahibəsində Çexiyanın Sənaye və ticarət naziri Yozef Sikela deyib və əlavə edib ki, Avropada qaz və neftlə bağlı ciddi müzakirələr aparılıb.

Onun sözlərinə görə, Rusiya qazının tədarükü və idxalı Avropa üçün böyük problemdir.

Bundan əvvəl RF Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya qaz tranzitini Şimal axınından Qara dəniz regionuna və Türkiyəyə ötürə bilər. Rusiya lideri bu ideyanı Türkiyə prezidenti ilə müzakirə edib.

Tapşırıq verildi ki, məsələ hərtərəfli və tez həll olunsun. Kreml bəyan edib ki, Türkiyədə qaz qovşağının yaradılması təşəbbüsü Moskva və Ankaranın maraqlarına cavab verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Avropa Rusiya qazından Türkiyə ərazisindən istifadə edə bilər

Daha çox göstər
Back to top button