BaşlıcaSiyasət

Konstantin Zatulinin Ermənistana qarşı son bəyanatlarına görə onun Ermənistana girişi qadağan edilib

Komissiya sədrinin birinci müavini Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulub. Alınan məlumata görə,k parlament aparatının Xarici əlaqələr idarəsinin rəisi Tiqran Seyranyan parlament rəhbərliyi adından Zatulinə məktub göndərərək bildirib ki, onun Ermənistan Respublikasına ünvanladığı son açıq bəyanatları iki dövlət arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına zərər toxundurur:

“Oxşar məktub parlamentdən Konstantin Zatulinə göndərilib” – bu  haqda parlamentin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Laura Antonyan bildirib.

Milli Təhlükəsizlik xidmətinin mətbuat mərkəzi Zatulinin Ermənistana səfərinin hansı əsasla qadağan edilməsi ilə bağlı sualı cavablandırmaqdan imtina edərək bildirib ki, belə bir məlumat verə bilməzlər, çünki bu, siz tərəfdən vəkalətlənmiş şəxsin şəxsi həyatının toxunulmazlığını pozur.

“Biz bu cür məlumatları yalnız sizin göstərdiyiniz şəxsə və ya sonuncunun səlahiyyət verdiyi şəxsə verə bilərik” – deyə MTX izah edib. Konstantin Zatulin Telegram səhifəsində parlamentin göndərdiyi məktuba cavab verib və bunu təhqiredici addım hesab edib.

. “Bizim üçün gözlənilməz oldu, Ermənistan Respublikası parlamentinin Xarici əlaqələr departamentinin rəhbərindən məktub aldıq. Bizə dedilər ki, mənim səfərim arzuolunmazdır və bəyanatlarım Ermənistan Respublikasına xələl toxunduu” – deyə Zatulin məktubunda bildirib.

Daha çox göstər
Back to top button