BaşlıcaSiyasət

Artsax xalqına qarşı ayrı-seçkilik və nifrət siyasəti Azərbaycanın stənilən hərəkətində görünür

Artsax xalqının hüquqlarını və təhlükəsizliyini qoruyacağını vəd edən Azərbaycan 30 ildir ki, Stepanakert hava limanını öz təhdidləri ilə bağlı saxlayır. Bununla da Artsax xalqı sərbəst hərəkət etmək hüququndan həyata keçirilməsi imkanından məhrum olunur. Bunu Artsaxın Ombudsmanı Geğam Stepanyanq eyd etdi .

“2012-ci ildə Stepanakert hava limanı təmirdən sonra istifadəyə verilən zaman Bakı hakimiyyəti bəyanate dib ki, Stepanakertə uçan mülki təyyarələri məhv edəcək.

2020-ci il müharibəsi zamanı şahidi olduğumuz mülki infrastruktur obyektlərinin hədəfə alınması halları bir dəfə daha göstərdi ki, Azərbaycan rəhbərliyi hər cür hərbi cinayətə, o cümlədən mülki aviasiyanı hədəfə almağa hazırdır.

Stepanakert hava limanı 1974-cü ildə Dağlıq Qarabağ əhalisinin Ermənistanla hava əlaqəsi imkanlarının yaradılması ilə bağlı çoxsaylı tələblərindən sonra tikilib. Stepanakert-Yerevan və Stepanakert-Bakı və əks istiqamətlər fəaliyyət göstərirdi. O vaxt olan tələbə əksinə olaraq Sovet Azərbaycanının rəhbərliyi Yerevana çox məhdud sayda reyslər açıb.

1992-ci ildən bəri Azərbaycanın Artsax xalqına qarşı başladılan müharibə nəticəsində Stepanakert hava limanından mülki daşıma dayandırılıb.

Dünyada hər gün 100 minə yaxın mülki uçuş həyata keçirilir, insanlar bir yerdən başqa yerə daşınır, lakin bu uçuşların heç biri Stepanakertə çatmır. Artsax xalqına qarşı ayrı-seçkilik və nifrət siyasəti Azərbaycanın həyata keçirdiyi istənilən hərəkətdə ifadə olunub və ifadə olunur. Biz insan hüquqlarının müdafiəsində maraqlı olan bütün qurumlardan və şəxslərdən Azərbaycanın cinayət əməllərini görmək, qeydə almaq və onlara qarşı çıxmaq üçün cəsarət gözləyirik”,- deyə Ombudsman yazdı.

Daha çox göstər
Back to top button