BaşlıcaSiyasət

“Azərbaycanla sülh müqaviləsi mümkün qədər tez zamanda imzalanmalıdır”: ER Parlamentinin sədri

“Azərbaycan və Ermənistan ilin sonuna qədər sülh müqaviləsi imzalaya bilər”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.

“Mən də sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını istəyirəm. Amma ortada sənəd yoxdur. Yalnız yüzlərlə təklif və fikir var”, – o bildirib.

Simonyan bir daha vurğulayıb ki, Ermənistan Respublikasının 29 min 800 km² ərazisi bizim üçün heç bir zaman müzakirə məsələsi olmadı.

Eyni zamanda parlamentin sədri qeyd edib ki, ER-nin beynəlxalq səviyyəsində tanınmış ərazisindən Azərbaycan qoşunları dərhal çıxmalıdır.

“Biz bütün beynəlxalq görüşlərimizdə bunu demişik”,-deyə Simonyan vurğuladı.

Daha çox göstər
Back to top button