BaşlıcaSiyasət

Ermənistan KTMT-dən nə gözləyir?

Ermənistanın KTMT-dən iki çox açıq gözləntisi var: birincisi, KTMT Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzünə aydın siyasi qiymət versin, ikincisi, Ermənistanın ərazi bütövlüyünün bərpası ilə bağlı yol xəritəsi qəbul etsin.

Bu haqda parlamentdə ER Baş naziri Nikol Paşinyan bəyan edib.

O, xatırladıb ki, sentyabr ayında Azərbaycanın Ermənistana təcavüzündən sonra Ermənistan KTMT-yə müraciət edib, həmçinin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında bununla bağlı qərar qəbul edilib, nəticədə bir qrup vəziyyəti yerindəcə müşahidə etmək və qiymətləndirmək üçün Ermənistana gəlib.

“Yaxın vaxtlarda hesabatın müzakirəsi üçün kollektiv təhlükəsizlik şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyik. Ümid edirəm ki, iclas ən qısa zamanda baş tutacaqdır” – deyə Baş nazir bildirib.

Daha çox göstər
Back to top button