BaşlıcaSiyasət

Parlament sədri: “ER  heç bir ölkə ilə münasibətlərini korlamır, yerinə yetirilməli olan öhdəliklər var”

Ermənistan heç bir ölkə ilə münasibətlərini korlamır. Bu haqda  parlament sədri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistan hakimiyyətinin Rusiya Federasiyası ilə münasibətləri korlaması ilə bağlı müşahidələrə istinad edərək deyib.

“Ermənistan ədalətli davranmaq, öz ölkəsinin sərhədləri ilə bağlı öhdəlikləri yerinə yetirmək istəyir. Bunun üçünsə   Ermənistan hər şeyi edəcək.

Burada heç bir emosiya yoxdur, bəyənib-bəyənməməkdən söhbət gedə bilməz. Öhdəliklər var və biz də hər şey edəcəyik bu öhdəliklərin yerinə yetirilməsinə çalışaq və biz bütün mümkün vasitələrlə oğlanlarımızın həyatını və sərhədlərimizi qorumağa çalışacağıq” – deyə Simonyan bildirib.

Alen Simonyan siyasi kursu dəyişməyin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb ki, bunu Rusiya mətbuatı da sübut edir.

“Bağışlayın, ola bilsin Rusiya tərəfi siyasi kursu dəyişmək istəyir, çünki Ermənistan bu istiqamətdə heç bir iş görməyib.

İnqilabdan sonra Rusiya hərbi bazasının çıxarılması, KTMT-dən çıxması və s. haqda danışıblar. Bu barədə birmənalı açıqlama verilib.

Belə bir ehtiyac yoxdur, belə bir şey yoxdur.Faktdır, elə deyilmi? Biz görürük ki, KTMT-dən Ermənistan deyil, KTMT Ermənistanı tərk edib.

Əgər KTMT çıxıbsa, biz bu barədə məlumatlandırılmalı və ya başqa mexanizmlərlə sərhədlərimizi qoruya biləcəyimizi söyləməlidir” – deyə Simonyan vurğulayıb.

Daha çox göstər
Back to top button