BaşlıcaSiyasət

Paşinyan:  “Soçidə keçiriləcək üçtərəfli görüşdə iştirakımı təsdiq etmişəm”

“Oktyabrın 31-də Soçidə üçtərəfli görüş keçirmək üçün Rusiya Federasiyasının Prezidentindən dəvət var. Mən öz  iştirakımı təsdiqləmişəm.

Səmimi desəm, Azərbaycan prezidentinin bunu təsdiq edib-etmədiyindən xəbərim yoxdur.

Bu haqda  ER Baş naziri Nikol Paşinyan parlamentdə hökumətlə sual-cavab sessiyası zamanı qeyd edib.

“Düşünürəm ki, ən mühüm gözləntilər bu dövrdə baş verən hadisələrin qiymətləndirilməsi və şərhi ilə bağlıdır.

Daha da geriyə gedib 2020-ci il noyabrın 9-da üçtərəfli bəyanata gedib çata bilərik. Düşünürəm ki, çoxsaylı  yığılmış məsələlər var,

Bununla bağlı hansı dəqiqləşdirmələr, fikir mübadiləsi və suallar verilməlidir” – deyərək Paşinyan əlavə edib.

Daha çox göstər
Back to top button