BaşlıcaSiyasət

Şirak icra hakimiyyətinin başçısı Aİ-nin Ermənistandakı səfiri ilə görüşdə hərbi əsirlər məsələsinə toxunub

Şirak bölgəsinin icra hakimiyyətinin başçısı Nazeli Bağdasaryan Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazeli Bağdasaryan qeyd edib ki, Avropa İttifaqının regionda həyata keçirdiyi təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir.

Andrea Viktorin qəbula və artıq formalaşmış əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş əməli addımlara görə icra hakimiyyət başçısına təşəkkür edib.

Nazeli Bağdasaryan şiraklı hərbi əsirlərin vətənə qaytarılması məsələsinə toxunaraq, səfirin problemin həllində göstərdiyi səylərini vurğulayıb.

Andrea Viktorin qeyd edib ki, Avropa İttifaqı regionda sülhün tam bərqərar olması üçün hər şeyi edir və bunu Aİ-nin Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyası sübut edir.

Tərəflər əməkdaşlıqla bağlı bir sıra proqramlara istinad edib, qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Daha çox göstər
Back to top button