BaşlıcaSiyasət

Andranik Koçaryan:  “Bakı qoşunlarını Ermənistan Respublikasının suveren ərazisindən çıxarmalıdı”

Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisindən çıxarılması istənilən platformada erməni tərəfi üçün önəmli məsələdir.

Bu barədə oktyabrın 27-də parlamentdə keçirilən ənənəvi brifinqlərdə parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi üzrə komissiyasının sədri, “Vətəndaş sazişi” fraksiyasının deputatı Andranik Koçaryan bildirib.

Onun sözlərinə görə, Azərbaycan qoşunlarının çıxarılması “qırmızı xətt”dir və Yerevanın rəsmi tələbidir. “Danışıqlar prosesinin gedişindən asılı olmayaraq, Ermənistana nəyin aid olması müzakirə mövzusu deyil.

 Bizim suveren ərazimizdə hər hansı əcnəbi hərbçinin olması heç bir halda məqbul sayıla bilməz. Onlar ərazimizi sülh yolu ilə tərk etməlidirlər”-   deyərək Koçaryan bildirib.

Daha çox göstər
Back to top button