BaşlıcaSiyasət

RF XİN sözçüsü: “Qərb Moskva ilə İrəvan arasında təpki yaratmağa çalışır”. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü

Rusiya Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Konstantin Zatulin və Marqarita Simonyanın Ermənistanda arzuolunmaz şəxslər kimi tanınması mövzusuna toxunub.

 “Biz Zatulin və Simonyanın arzuolunmaz şəxslər kimi tanınmasını başa düşə bilmirik. Nəzərinizə çatdırım ki, söhbət Rusiya Dövlət Dumasının deputatından və Rusiya KİV-lərinin baş redaktorundan gedir.

Biz diplomatik yolla dərhal erməni  tərəfinə  aydınlaşdırma almaq üçün müraciət etdik. Bu məlumat təsdiqlənərsə, bunu müttəfiqlik münasibətlərimizə yaraşan dostluq addımı kimi şərh etmək çətindir. Cavab alanda reaksiyamızı və növbəti addımlarımızı anlayacağıq”.

Zaxarova eləcə də əlavə edib: Qərbin qəsdən vəziyyəti pozmağa, Moskva ilə Yerevan arasında münasibətlərə zərbə vurmağa çalışdığı bir vaxtda süni səbəblər yaradılmasını istəməzdim”.

Daha çox göstər
Back to top button