BaşlıcaSiyasət

Delimitasiya və sonrakı demarkasiya işləri MDB-nin fundamental sənədlərinə əsaslanmalıdır: Alen Simonyan

Ermənistan Respublikasının Parlamentinin sədri Alen Simonyan MDB Palramentlərarası Assambleyası çərçivəsində qeyd etdi ki, delimitasiya və sonrakı demarkasiya işləri MDB-nin fundamental sənədlərinə əsaslanmalıdır.

“Azərbaycanla sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması məsələlərində də prinsipial mövqeyimizi qeyd etmək istərdim. Biz dəfələrlə qeyd etdik ki, biz regionda tərəfdaşlığa əsaslanan əlaqələr qurmağa çalışırıq.

Biz hesab edirik ki, delimitasiya və sonrakı demarkasiya işləri MDB-nin fundamental sənədlərinə əsaslanmalıdır, bu sənədlərə əsasən sovet respublikalarının keçmiş inzibati sərhədləri artıq müstəqil dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinə çevrilib”,- deyə Alen Simonyan qeyd etdi.

O əlavə etdi ki, Azərbaycan 9 noyabr tarixli bəyanatda heç bir şəkildə qeyd olunmayan dırnaqarası “dəhlizdən” danışır.

“Bəyanatda “dəhliz” sözü Dağlıq Qarabağın təhlükəsizliyinin təmin edilməsi kontekstində Laçin dəhlizi ilə bağlı qeyd olunur və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması məsələsi ilə bağlı heç bir əlaqəsi yoxdur və biz bu razılaşmalara olan bütün paralelləri manipulyasiya hesab edirik”,- deyə o bildirdi.

Daha çox göstər
Back to top button