BaşlıcaSiyasət

Fransalı deputatlar:  “Biz Ermənistana çətin dövrdə ermənilərin yanında olmaq üçün gəlmişik”

Biz Ermənistana çətin dövrdə ermənilərin yanında olmaq üçün gəlmişik. Bu barədə oktyabrın 28-də Fransa Milli Assambleyasının deputatları ER parlamentinin Ermənistan-Fransa dostluq qrupunun nümayəndələri ilə görüşündə bildiriblər.

Onlar məlumat veriblər ki, “Veratsnund” qrupunun təşəbbüsü ilə Fransa Milli Assambleyası Azərbaycana qarşı müəyyən sanksiyaları nəzərdə tutan, Azərbaycanın təcavüzünü pisləyən, işğal olunmuş ərazilərin qaytarılmasını və danışıqlar masasına qayıtmağı tələb edən qətnamə qəbul etməyi planlaşdırır.

Erməni parlamentarilər yuxarıda qeyd olunan qətnamənin qəbulunu xüsusi vurğulayıblar. ER parlamentinin Ermənistan-Fransa dostluq qrupunun rəhbəri Vladimir Vardanyan Fransa ilə, xüsusən də qanunverici orqanlar arasında dinamik əlaqələrin inkişafını yüksək qiymətləndirib.

Deputat dostluq qrupu adından Fransa Milli Assambleyasının yeni seçilmiş üzvlərini təbrik edib. Qeyd olunub ki, yaxın vaxtlarda Fransa parlamentində Ermənistanla dostluq qrupu yaradılacaq.

İqtisadi sahədə Ermənistan-Fransa əməkdaşlığının inkişafı, birgə layihələrin həyata keçirilməsi və uzunmüddətli davamlı investisiyalar ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd olunub ki, Ermənistan yeni investisiyaların cəlb edilməsi üçün iqtisadi və rəqabət mühitini yaxşılaşdırır. İqtisadi inkişaf baxımından regional sabitlik və sərhədlərin toxunulmazlığı vacibdir.

Qeyd edək ki, görüşdə Ermənistan tərəfdən Ermənistan-Fransa dostluq qrupunun üzvləri Artur Hovhannisyan, Babken Tunyan, Armen Xaçatryan, Ağvan Vardanyan, Taron Markaryan və Armen Çarçyan, Fransa tərəfdən isə Fransa Milli Assambleyasının deputatları Guillaume Gasparyan, Anne-Laurence Petel, Luc Lamiron, Mohamed Laquila və Sarah Tanzil  iştirak ediblər.

Daha çox göstər
Back to top button