BaşlıcaSiyasət

Güc tətbiq etmə və ya güclə hədələmə sülh və təhlükəsizliyin bərqərar olmasına yönəlmiş prosesləri sarsıdır

ER Parlamentinin sədri Alen Simonyan MDB PA plenar iclasından sonra keçirilən brifinqdə iki günlük işi yekunlaşdırıb. O, Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə sentyabr ayında silahlı təcavüzü ilə bağlı təfərrüatları tqdim edərək Cənubi Qafqaz regionundakı vəziyyət barədə həmkarlarına ətraflı məlumat təqdim etdiyini diqqətə çatdırıb. Alen Simonyan vurğulayıb ki, 2022-ci il 13 sentyabrda hərbi Azərbaycanın etdiyi təcavüz Ermənistan Respublikasının suveren ərazisində həyata keçirilib, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub.

“Biz hesab edirik ki, gücdən istifadə və ya güc tətbiq etmək hədəsi regionda Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasına yönəlmiş prosesləri pozur. Vəziyyətə tərəfdaşlarımızın təqdim edəcəyi siyasi qiymət də Ermənistan üçün vacibdir”, – deyə Alen Simonyan bildirib.

ER parlamentinin rəhbərinin sözlərinə görə, parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlıq ER Parlamenti üçün vacibdir. ER Parlamentinin deputatları MDB Parlamentlərarası Assambleyasının on daimi komitəsinin hamısında təmsil olunurlar. Alen Simonyan əmin edib ki, Ermənistan nümayəndə heyəti gələcəkdə MDB PA-nın qanunvericiliyin müasirləşdirilməsinə, humanitar və mədəni sahələrdə əməkdaşlığa yönəlmiş birgə işində fəal iştirak edəcək.

Daha çox göstər
Back to top button