BaşlıcaSiyasət

Noyabrda KTMT-nin növbəti sessiyası keçiriləcək: Soçi görüşünün nəticələri müzakirə olunacaq

“Tərəflər Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətə perspektiv reaksiyanı müzakirə edə bildilər”- bu haqda Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasından sonra jurnalistlərlə söhbətində bildirib.

“Yaxın bir neçə həftə ərzində bu məsələyə necə baxılacağı ilə bağlı müəyyən fikir var. Yaxın günlərdə Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli görüşü keçiriləcək.

Tərəflər razılaşıblar ki, məsələ noyabrın sonuna planlaşdırılan KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında əlavə müzakirə olunacaq” – deyərək Ambrazeviç əlavə edib.

Daha çox göstər
Back to top button