BaşlıcaSiyasət

Yerevanın  razılığı: sərhədləri Paşinyan imzalamağa  hazırdır

KTMT Təhlükəsizlik Şurasının iclasından sonra və Soçi görüşündən əvvəl Ermənistan danışıqların tələblərini dəqiqləşdirir. “Rusiya” və “Qərb” tənzimləmə təkliflərinin məxfilikdən çıxarılması fonunda Ermənistanın Baş naziri sənəd imzalamağa hazır olduğunu bəyan edir.

Hansı təkliflər əsasında, hansı gözləntilərlə hakim partiyanın VI qurultayında müzakirə olunub. Orada ilk dəfə qeyd olundu ki, “Rusiyanın” təklifi 15 bənddən ibarətdir.

Hələlik bütün məqamlar “məxfilikdən azad edilməyib”, diqqət iki fundamental suala yönəlib: Artsax probleminin həlli ilə bağlı nə təklif olunur və  belə adlanan “Zəngəzur dəhlizi” ilə bağlı hansı həll yolları var.

Nikol Paşinyan oktyabrın 31-də Soçidə üçtərəfli sənəd imzalamağa hazırdır, lakin həlledici amil RF mövqeyidir.

Yəni, fundamental və konkret məsələlərdə düzəlişlərə ehtiyac var və bunlar ilk növbədə Dağlıq Qarabağ məsələsinə aiddir. Paşinyan iddia edir ki, Ermənistan hələ sentyabrda Rusiyanın nizamlanma təklifləri ilə işləməyə razılaşıb.

“Mən artıq üçtərəfli bəyanat formatında 15 bənd əsasında razılığın əldə olunması üçün sənədi rəsmi qəbul etməyə, lazım gələrsə, imzalamağa hazıram.

Ümid edirəm ki, Rusiya öz tövsiyələrini müdafiə edəcək. Bu, çox mühüm nüansdır. Bəli, orada Rusiya sülhməramlıları haqqında da var.Mən rəsmi olaraq deyirəm.Mən Soçidə sənədi imzalamağa və Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qeyd-şərtsiz, 10-15-20 il müddətində olmasını qəbul etməyə hazıram.

Təklif edirəm ki RF Prezidenti  həmin təkliflə çıxış edəcək.Lazımdırsa mən də həmin təkliflə çıxış edərəm.Lakin   RF həmin təklifi  müdafiə etməlidir.Çünki mən rus sülhməramlılarının orada hansısa müddətlə qalmasıçün qərar verə bilmərəm.

Bu, üçtərəfli sənəddir. Əgər biz və  Rusiya razılaşarsaq, onda çoxluq olacağıq”.

Rəsmi Moskva hələlik susur. Görüşü gözləmək lazımdır, Kremlin sözçüsü Dmitri Peskov Soçidə Rusiya sülhməramlılarının mandatının uzadılmasına dair sənədin imzalanmasının mümkünlüyünü şərh edərkən deyib.

Parlamentin sədr müavini Ruben Rubinyan təsdiq edir ki, Ermənistan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni baxışa malikdir.

“Əgər əvvəllər Artsax ermənilərinin hüquq və təhlükəsizliyinin təminatına çevrilməli olan Dağlıq Qarabağın statusu önəmli hesab olunurdusa, indi Artsax ermənilərinin təhlükəsizliyi və hüquqları önəmli hesab olunur və zəruri statusu onların təminat sistemindən irəli gəlir.

Bu sistem Dağlıq Qarabağ ermənilərinin öz vətənlərində yaşamasına, özlərini erməni, qarabağlı, artsaxlı hesab etmələrinə təminat verməlidir.

Məsələnin həlli üçün hər hansı bir proqramın həyata keçirilməsini DQ  müvafiq tədbiqi olmadan təsəvvür etmək mümkün deyil”.

Ermənistan hökuməti iddia edir ki, Rusiya və Qərbin nizamlanma təklifləri arasında Ermənistanın Rusiyanın planını rədd etməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Digər tərəfdən, Qərbdən gələn təkliflər də Ermənistan üçün məqbul hesab olunur. Ancaq Paşinyan aydın bir anlayış təklif edir.

“Beynəlxalq ictimaiyyət bu gün, üstəlik 2007-ci ildən sonra və hətta ondan əvvəl də, 1996-cı il Lissabon sammitində Qarabağı Azərbaycanın bir hissəsi hesab edib və bu, bütün sənədlərdə özünü göstərir.

Kimsə biri vəziyyətin fərqli olduğu təəssüratı yaratmasın. Ümumiyyətlə, sülh sazişlərinin təminatçısı olmayıbsa , belə münaqişələrdə sülh bərqərar olmayıb.

Bu, supergüclər ola bilər.Sülhün əldə olunmasında bizə kim kömək edir, razılaşmaların həyata keçirilməsinə kim zəmanət verir?”

Parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan Ermənistanın iki təklifdən üçüncü variantı seçdiyinə eyham vurur.

“ER üçün Qərbin və Rusiyanın heç bir variantına meyli yoxdur. Biz heç kimə qarşı meyilli deyilik. Biz yalnız ER tərəfinə meylliyik, biz yalnız öz maraqlarımızı qoruyuruq.

İndi hansı maraq, hansı dövlətlərdir, Qərbmi və ya Şərqmi, mən heç bilmirəm ​​kim daha yaxşı qoruya bilər,bu sonra   görünəcək.

ER bütün ölkələrlə və bütün qütblərlə işləyir, çünki bizim başqa seçimimiz yoxdur, biz bütün ölkələrlə ER-nın mənafei naminə işləyirik. Heç bir qərəzli mövqe yoxdur və ola da bilməz”.

Baxmayaraq ki, nizamlanma sənədləri tədricən “məxfilikdən çıxarılır”, hələlik diqqət Artsax probleminin həlli yollarına yönəlib.

Süniklə bağlı “dəhliz” mövzularında vasitəçilərin hansı həll yollarını təklif etdiklərini “KP”çilər belə bilmirlər.

Xaçatur Sukiasyan: “Məndə heç bir məlumat yoxdur”.

Baş nazir əmin edir ki, həll yolları 2020-ci il noyabrın 9-da bəyanatın 9-cu bəndində göstərilib, Rusiya Prezidenti Putinin 10 noyabr tarixli qərarında da aydın ifadələr var.

 Mətnlər açıqdır və hər kəs üçün açıq və çatılasıdır. Paşinyan iddialarını onlardan sitatlar gətirməklə qeyd edir ki, sənədi Azərbaycandır  təhrif edən, Ermənistan və Rusiya bu məsələdə eyni rəylidir.

Təqdim olunan sənədlərə görə, orada Azərbaycan və Naxicevandan başqa heç bir yer adı belə yoxdur, ona görə də Azərbaycanın “Zəngəzur dəhlizi” adlanan yerlə bağlı iddiaları əsassızdır.

 Paşinyanın sözlərinə görə, Ermənistan bu gün əvvəllər təklif olunan marşrutlar üzrə Azərbaycanla Naxicevan arasında əlaqəni təmin etməyə hazırdır.

“Biz yeni yolların tikintisinə hazırıq və bu, bizim “erməni kəsişməsi”  layihəmizdir. Azərbaycan deməyə çəhd edir ki, Rusiya faktiki olaraq o yola nəzarət etməlidir.

Biz və əslində Rusiya da deyir ki, bu ifadə düzgün deyil. .Mətn o deməkdir ki, yolun əlaqələrini  ER tərəfindən təmin edilir.

Rusiya Federasiyası vasitəçi kimi Ermənistan Respublikasının bu siyasi öhdəliyi yerinə yetirməsinə və ya fasiləsiz hərəkəti təmin etməsinə nəzarət edir.

Burada heç bir digər oxunuş ola bilməz. Bu öhdəliklərdən və ifadələrdən kənar hər hansısa  gözləntilər olmamalıdır”.

Əgər Ermənistanla Rusiya münasibətlərində hər şey bu qədər aydındırsa, o zaman Qərb strukturları və müşahidəçiləri regiona necə gəliblər?

Paşinyanın sözlərinə görə, bu sualın cavabı həmçinin Azərbaycanın davranışı ilə bağlıdır. Ermənistanın Baş nazirinin təqdimatına görə, Azərbaycan Qərbdə Ermənistanın öz ərazisindəki rus hərbiçilərinin sayını günü-gündən artırması, onun təhlükəsizliyinə təhdid olması rəvayətini irəli sürür.

Ermənistan Baş nazirinin  dediyinə görə, Azərbaycan Cənubda o  nağılların sayınıirəli aparır kki,güya Ermənistan günü-gündən öz ərazisində  rus hərbiçilərin sayını artırmaqdadır bu da özünə olduqca təhlükə doğurur.

Bu Azərbaycan nağılları  barədə RF-da və KTMT-da xəbərdardırlar.O, Azərbaycan siyasətinin manipulyasiyasını sübut etmək üçün bütün müşahidəçiləri dəvət etdiyini deyir.

Təqdim olunan mövqelərə baxmayaraq, Ermənistanın hələ də Rusiya və KTMT müttəfiqləri ilə dəqiqləşdirməli olduğu məsələlər var. Artsaxın qüruru və Azərbaycanın suveren Ermənistana qarşı təcavüzü unudulmur. Paşinyanın sözlərinə görə, öhdəlik zəngi artıq səslənibdir.

“Biz demişik ki, “qırmızı xətt” pozulub və fəaliyyət göstərməli olan mexanizmlər nəzərdə tutulub. Bizə dedilər ki, bəli, amma guya sərhəd demarkasiya məsələ  qaldırmış və demişəm ki, ER sərhəddinin haradan keçdiyi məlum deyilsə, bu o deməkdir ki, KTMT mövcud  deyil.

Çünki  təşkilatın    cavabdehlik zonası var ki,o da üzv dövlətlərin sərhədləriylə əhatə olunub.

Sovet İttifaqının, MDB-nin dağılması haqqında müqavilə imzalamaqla dövlətlər qeyd ediblər ki, o vaxt mövcud olan inzibati sərhədlər dövlət sərhədinə çevrilib, bu, çox ciddi problemdir”.

Paşinyan əlavə edir ki, KTMT Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının qapalı hissəsində vəziyyətlə bağlı açıq, aydın və dürüst danışıblar.

Xarici işlər nazirlərinə tapşırıqlar verilib və onlar noyabrda eyni məsələ ilə bağlı görüşmək barədə razılığa gəliblər. Ermənistanın KTMT-dən gözləntisi gözlədiyndən daha aydındır.

Azərbaycanın atdığı addımların siyasi qiymətləndirilməsi və Ermənistanın Azərbaycan işğalından azad edilməsi yol xəritəsi, Azərbaycanla ilk diplomatik işlərin planlaşdırılması, uğursuzluq halında isə KTMT qüvvələrinin əməliyyatının planlaşdırılması olacaq.

Daha çox göstər
Back to top button