2023-cü ildə müdafiə sektorunun dövlət büdcəsində nəzərdə tutulan xərcləri 506 milyard dram təşkil edəcək ki, bu da 2022-ci ilin xərclər indeksindən 35 faiz çoxdur.
Bu haqda dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Tiqran Xaçatryan deyərək əlavə edib ki, müdafiə sektorunun xərcləri ÜDM-in 5 faizini təşkil edəcək.
Nazir həmçinin qeyd edib ki, sosial sektorun xərcləri də əhəmiyyətli olacaq.
“Onlar 2023-cü ildə 648 milyard dram təşkil edəcək. Ötən illə müqayisədə artım 10 faizdir. Bu, ÜDM-in 7 faizini təşkil edir” – deyə Xaçatryan bildirib (1 dollar 400 dram təşkil edir).