BaşlıcaSiyasət

Azərbaycan KİV-I məhrum Aharon Adibekyana aid “təhlil” dərc edib

Azərbaycanın bir sıra təbliğat mediası növbəti anti-erməni yalanına görə gülünc vəziyyətə düşüb. Azərbaycanın Modern.az saytı təqdim olunan təhlillərin sosioloq Aharon Adibekyana aid edildiyi məqalə dərc edib. 30 oktyabr tarixli məqalədə deyilir ki, Adibekyanın sözlərinə görə, “Ermənistanın taleyi bu ilin sonunda həll olunacaq”.

Qeyd edək ki, bu haqda factor.am məlumatlandırıb.

“Azərbaycanın çoxlu alternativləri var. Onun Qərb və Moskva ilə paralel işləmək imkanı var. Ermənistanın isə bu baxımdan imkanları sıfıra bərabərdir.

Əgər biz indi qalib gəlmək istəyiriksə, Kremlin dediyi kimi edib “hə” deməliyik. Sülh naminə.. Əks halda, çox gec ola bilər” – deyə “erməni siyasət xadimi Aharon Adibekyan” Azərbaycan KİV-nə istinadən bildirib.

Bu vəziyyətdə diqqət çəkən məqam medianın siyasətçi kimi təqdim etdiyi sosioloq Aharon Adibekyanın 2021-ci il yanvarın 3-də koronavirus nəticəsində vəfat etməsidir.

Üstəlik, bu Azərbaycan mətbuatı oktyabrın 23-də İranın Xarici işlər nazirinin Ermənistana səfəri zamanı Adibekyana aid edilən daha bir uydurma dərc edib. Mənbənin məlumatına görə, Adibekyan guya İranın Ermənistanla səmimi olmadığını deyib. Hər iki yazı sonradan saytdan silinibdir.

Daha çox göstər
Back to top button