Başlıcaİctimaiyyət

Azərbaycanda DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirib, nazirin birinci müavini saxlanılıb

Noyabrın 1-də Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Mədəniyyət Nazirliyində əməliyyata başlayıblar. “Report”un məlumata görə, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanılıb.

Xatırladaq ki, 2020-ci ilin mayında DTX artıq bu idarədə bənzər əməliyyat keçirib. Həmin vaxt nazir müavini Rafiq Bayramov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov korrupsiya və mənimsəmə ittihamı ilə həbs və mühakimə edilib.

Daha çox göstər
Back to top button