Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi və iqtisadi nümayəndə heyətinə başçılıq edərək noyabrın 1-də Tehrana səfər edəcək.Bu haqda IRNA agentliyi məlumatlandırır
Mənbənin məlumatına görə, Ermənistanın Baş nazirinin səfəri İran prezidenti Ayətullah Seyid İbrahim Rəisinin rəsmi dəvəti ilə həyata keçirilib.
Sabah səhər saatlarında Paşinyanın Səadabad mədəni-tarixi kompleksində İran İslam Respublikasının Prezidenti tərəfindən rəsmi qarşılanması və iki ölkə liderlərinin danışıqlarından sonra yüksək səviyyəli nümayəndə heyətlərinin birgə görüşü keçiriləcək.
Tehran və Yerevan hakimiyyəti arasında əməkdaşlıq sənədləri imzalanacaq.