BaşlıcaSiyasət

Alen Simonyan KTMT Şurasının iclasında Lukaşenkonun bəyanatlarında ciddilik görməyib

ER Parlamentinin sədri Alen Simonyan Belarus prezidenti Aleksandr Lukaşenkonun KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı səsləndirdiyi bəyanatlara toxunub. “Armenpress”in verdiyi məlumata görə, Alen Simonyan Parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə xüsusilə deyib:

“Təəsüflə qeyd etməliyəm ki, ifadələrində ciddilik görmədim. Qorxuram ki, onun söylədiyi fikirlər ona məxsus deyil”.

Lukaşenkonun bəyanatların müəllifi olmadığını deyəndə kimi nəzərdə tutduğunu soruşduqda Simonyan belə cavab verdi: “O, Almatıdan, Bakıdan, Moskvadan ola bilər, amma fikirlərin müəllifi qətiyyən o deyil. Düşünürəm ki, onun daxili problemləri çoxdur. Güman edirəm ki, Belarus xalqı da cənab Lukaşenkonun dediklərini bəyənməyib”, – deyə Simonyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button