BaşlıcaSiyasət

Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır: Prays

ABŞ Ermənistan və Azərbaycan arasında sülhə və iki ölkə arasında danışıqlara sadiqdir.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirdi.

Onun sözlərinə görə, Yerevan və Bakı da sülhə nail olmaq niyyətlərini bildiriblər.

“Biz hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Yeri gəlmişkən, hər iki ölkə həmin sabit sülhə nail olmaq niyyətlərini bildiriblə.

Beləliklə, qarşıdakı aylarda biz Ermənistan və Azərbaycan arasında ikitərəfli əsasda, tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar vasitəsilə danışıqları asanlaşdırmaq üçün qarşıdakı aylarda qarşılıqlı fəaliyyəti davam etdirəcəyik”,- deyə o qeyd etdi.

Gündəmdə iki ölkənin XİN başçılarının görüşün olub-olmamasına dair suala cavab olaraq Ned Prays qeyd etdi ki, bütün bunlar gündəmdə var.

“Biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasına kömək edəcək hər şeyi edəcəyik”,- o vurğuladı.

Daha çox göstər
Back to top button