Ermənistan və İran elektrik enerjisi və qaz sazişinin uzadılmasına dair anlaşma memorandumu imzalayıb. “Mehrnews”a istinadən verilən məlumata görə, bu barədə ER Baş naziri Nikol Paşinyan Tehranda bildirib.
Ermənistanın Baş naziri İran prezidenti Rəisinin İranın erməni icmasına münasibətini yüksək qiymətləndirib.
Nikol Paşinyanın sözlərinə görə, İran İslam Respublikası müxtəlif dinlərin ardıcılları arasında dinc əməkdaşlığın və birgə yaşayışın aydın və birmənalı simvolu ola bilər.
İranın Qafqaz regionunda sülh və təhlükəsizliklə bağlı prinsipial fikirlərini yüksək qiymətləndirən Paşinyan deyib.
“Mən cənab Rəisiyə Soçidə keçirilən üçtərəfli görüş barədə məlumat vermişəm və İran Prezidentinin regionda sabit sülh və təhlükəsizliyin bərqərar olması ilə bağlı fikirləri ilə tamamiylə razıyam”.