BaşlıcaSiyasət

Ermənistanda Polis qvardiyası yaradılacaq

Ermənistanda Polis qüvvələri, Dövlət Təhlükəsizliyi Baş İdarəsi və yol polisinin müşayiət dəstəsi əsasında Polis Mühafizəsinin formalaşdırılması planlaşdırılır.

Alınan əlumata görə bu haqda parlamentin 2023-cü il üçün daimi komissiyalarının birgə iclasında dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı polis rəisinin müavini Ara Fidanyan Daxili İşlər nazirliyinin formalaşmasından sonra vurğulayıb.

Polisin strukturunda və funksiyalarında köklü dəyişikliklər həyata keçiriləcək.

“Polis qvardiyasına  aşağıdakı funksiyaları həvalə etməyi planlaşdırırıq: ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, dövlət mühafizəsi altında olan dövlət orqanlarının və təşkilatlarının bina və tikililərinin, habelə mühüm obyektlərin təhlükəsizliyinin təmin edilməsi, yüksək vəzifəli şəxslərin müşayiəti, o cümlədən dövlət protokolunda nəzərdə tutulmuş xarici nümayəndə heyətlərinin nümayəndələri, xüsusi yüklərin daşınmasının təhlükəsizliyinin təmin edilməsi və s.” – deyərək Fidanyan bildirib.

Daha çox göstər
Back to top button