BaşlıcaSiyasət

Ermənistanın Soçi görüşündən əvvəl və ondan sonrakı siyasəti dəyişməzdir: Paşinyan

Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib, amma bu təklif qəbul edilməyib.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

Paşinyan sülhməramlıların mandatının uzadılması məsələsinin gündəmdə qalacağını əlavə edib.

“Biz mandatın qeyri-müəyyən müddətə – 5 il, 20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktualdır və gündəliyə salınacaq”, – o deyib.

Paşinyanın sözlərinə görə, aydındır ki, sülhməramlıların olması Dağlıq Qarabağda ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin edən ən mühüm amildir.

“Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putinlə keçirdiyimiz üçtərəfli görüş regionda sülhün bərqərar edilməsi istiqamətində irəliləyiş olub”,-deyə Paşinyan bildirib ki, Ermənistanın Soçi görüşündən əvvəl və ondan sonrakı siyasəti dəyişməzdir.

Hökumət başçısı söyləyib ki, Soçidə keçirilən üçtərəfli görüşdə yalnız Praqada əldə olunan razılaşmalar təsdiqlənib: “Biz razılıqları təsdiqləmişik, Rusiya və Azərbaycandan da etiraz olmayıb”.

“Ermənistanla Azərbaycan arasında sərhəd var və bu sərhəd 1991-ci il Alma-Ata bəyannaməsində və bununla bağlı sənədlərdə qeydə alındı. Bununla da təcavüz faktı özü qeydə alınıb. Məsələn, Praqa görüşünün nəticələrinə görə, Aİ müşahidəçilərinin Ermənistana missiyası yalnız 1991-ci il sərhədi qeydə alındıqdan sonra mümkün olub”,-deyə Baş nazir vurğuladı.

Daha çox göstər
Back to top button