BaşlıcaSiyasət

İbrahim Rəisi:  “ER Baş nazirinin İrana səfəri hər iki ölkənin inkişafı üçün dönüş nöqtəsi olacaq”

İranla Ermənistan arasında ticarət dövriyyəsi son aylarda 43 faiz artıb, hədəfimiz onu 3 milyard dollara çatdırmaqdır.” Mehrnews”ə istinadən  bu haqda  İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

İran Prezidenti deyib: Ermənistanın Baş nazirinin İran İslam Respublikasına səfəri, şübhəsiz ki, hər iki ölkənin inkişafı üçün dönüş nöqtəsi olacaqdır.

Ebrahim Rəisi qonşuluq siyasətinin İran hökumətinin vurğuladığı strategiyalardan biri olduğunu bəyan edərək, İran və Ermənistan arasında iqtisadi, ticarət və təhlükəsizlik əlaqələrinin inkişafı üçün ikitərəfli görüşlərin Baş nazir Nikol Paşinyanın gündəmində olduğunu vurğulayıb.

“Bizim məqsədimiz ticarət dövriyyəsini üç milyard dollara çatdırmaqdır ki, hər iki ölkənin iradəsi olarsa, buna nail olmaq olar” – deyərək o, əlavə edib.

Rəisi vurğulayıb ki, iki ölkə arasındakı yaxşı münasibətlər şübhəsiz ki, regionda və bütün dünyada münasibətlərin yaxşılaşmasına səbəb olacaq.

O, bəyan edib ki,İran Qafqaz regionunun tarixi, sivilizasiyası və mədəniyyətinin bir hissəsidir, ona görə də Qafqaz regionunda təhlükəsizlik, sülh və inkişaf İran üçün olduqca vacibdir.

İran Prezidenti vurğulayıb ki, regional problemləri regional qurumlar həll etməlidir.

“Əcnəbilərin bölgəyə hər hansı müdaxiləsi problemləri həll etmək əvəzinə problemlər yaradacaqdır” – deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button