ArtsaxBaşlıca

Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı mandatının uzadılması təklifi Soçidə qəbul olunmasa da, gündəliyə salınıb: Nikol Paşinyan

Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin edən ən mühüm amil təhlükəsizlik və hüquqların təmin edilməsi üçün etibarlı mexanizmlər və təminatlar yaranana qədər Rusiya Federasiyasının sülhməramlılarının orada olmasıdır.

“Armenpress”in məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parlamentin daimi komitələrinin birgə iclasında 2023-cü il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Üçtərəfli danışıqlar zamanı biz təklif etdik ki, Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlılarının mandatının qeyri-müəyyən müddətə, 5 il, 10 il, 15 il, 20 il uzadılması barədə qərar qəbul edilsin. Deməliyəm ki, hamınıza göründüyü kimi, o təklif qəbul edilmədi, amma qeyd etməliyəm ki, mənim fikrimcə, məsələ gündəliyə salındı. Hər kəsin diqqətini aşağıdakı fakta cəlb etmək istəyirəm. 9 Noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən, Dağlıq Qarabağda sülhməramlıların müddəti avtomatik olaraq uzadılır. Başqa sözlə desək, müddətin bitməsinə altı ay qalmış tərəflərdən biri etirazını bildirmədikdə müddət uzadıla bilər”, – deyə baş nazir qeyd edib.  

Daha çox göstər
Back to top button