Parlamentin sədri Alen Simonyan bəyan edib ki, Ermənistan Rusiya ilə əvvəlki hökumət dövründə olduğundan daha yaxın münasibətlərə malikdir. Alınan məlumata görə, bu haqda Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
“Rusiyadakı həmkarlarımızla təmas zamanı mən rahat və əminliklə deyirəm ki, Ermənistan Respublikasında bugünkü hökumət bəlkə də ən rusiyapərəst hökumətlərdən biridir.
Onlar bununla razılaşırlar. Sonuncu səfəri zamanı Dövlət Dumasının sədri elan etdi ki, o, çox sevinir ki, bizim əlaqələrimiz dahamüntəzəmdir , çünki əvvəlki hökumətlər dövründə, “Hanrapetakan” partiyasının hakimiyyəti dövründə bu əlaqələr kifayət deyildi.
Bizim parlamentin sədrimiz var idi ki,onların sözlərincə desək “невыездной” olub, rus dilini bilməyən adamlarımız olub, münasibətlərimiz bundan qat-qat zəif idi.
Hazırkı anda münasibətlərimiz daha sıxdır. Rusiyaya səfərim zamanı Rusiyanın 10 illik hakimiyyəti ilə bağlı ən mənfi reaksiyanı Serj Sarkisyanın “Hanrapetakan” ən 10 illik idarəçiliyi barədə eşitmişəm” – deyərək Simonyan qeyd edib.