BaşlıcaSiyasət

Güclü İran heç vaxt sərhədlərin dəyişdirilməsinə dözməyəcək: İran parlamentinin deputatları

İslam Parlamentinin deputatları bir mesaj dərc edərək, vurğulayıblar ki, güclü İran sərhədlərin dəyişdirilməsinə heç vaxt dözməyəcək və İran İslam Respublikasının silahlı qüvvələri, xüsusilə də güclü İran İnqilab Keşikçiləri Korpusu bütün sərhəd hərəkətlərinə nəzarət edir və region ölkələrində qeyri-sabitliyə və gərginliyə səbəb olan fikir ayrılıqları və amillərlə üzləşməyə hazırdır. Bu barədə “news.am”  saytı “ParsToday”-ə istinadən məlumat yayıb.

Onlar İslam İnqilabı Keşikçiləri Korpusunun son hərbi təlimlərini qiymətləndirərək elan ediblər: “İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin iri hərbi təlimlərin açıq mesajı qonşu ölkələr üçün sülh, sabit təhlükəsizlik və düşmənlərə xəbərdarlıq və ölkə sərhədlərinin təhlükəsizliyini qorumağa hazır olduqlarını bəyan etməkdir və təhdid edən sui-qəsdlərə, regiondankənar ölkələrin və rejimlərin müdaxilələrinə qətiyyətli cavabdır”.

Oktyabrın 17-20-də İranın şimal-qərbində yerləşən Araks ümumi ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının iri hərbi təlimləri keçirilib.

Daha çox göstər
Back to top button