BaşlıcaEkonomika

Paşinyan Ermənistanda universal gəlir bəyannaməsi sisteminin nə vaxt tətbiq ediləcəyini deyib

Ermənistanda 2024-cü ilin yanvarından universal gəlir bəyannaməsi sistemi tətbiq olunacaq.  Alınan  məlumata görə, bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komitələrinin birgə iclası ərzində qeyd edib.

Paşinyan deyib ki, hökumət parlamentə mühüm islahat layihəsi göndərməyə hazırlaşır.

“Söz Ermənistan Respublikasında ümumbəşəri bəyannamə sisteminin tətbiqindən gedir. Ermənistan Respublikasının bütün vətəndaşları istisnasız olaraq gəlir bəyannaməsi təqdim etməlidirlər.

Siz bu ifadədən qorxmamalısınız. Ən azı ilkin olaraq 90 faiz işi Dövlət gəlir komitəsi(DGK) görəcək.Vətəndaş öz bəyannaməsini tam dolduraraq alacaq, vətəndaş yalnız hər şeyin düzgün yazıldığını təsdiq edəcək və ya nəsə səhv yazılarsa, onu düzəltmək zərurəti haqqında danışacaq” – deyə Paşinyan bildirib. .

İlk dəfə olaraq sistem 2024-cü il yanvarın 1-dən tam qüvvəyə minəcəkdir.

Universal bəyannamə sistemi xaricdə işləyən vətəndaşlar üçün heç bir əlavə vergi öhdəliyi yaratmayacaq.

Daha çox göstər
Back to top button