BaşlıcaSiyasət

Azərbaycanda İrana qarşı isteriya təzədən baş qaldırıb

Azərbaycanda həmişə İrana qarşı açıq təbliğat aparılıb, indi də Azərbaycanda İrana qarşı isteriya təzədən baş qaldırıb. Bu İranın bölgədə sərhəd dəyişikliyinə dözməyəcəyi və öz qırmızı xətlərinin olmasına dair dəqiq mövqeyi ilə bağlıdır

Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyanın İran İslam Respublikasına səfəri fonunda Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yaydı guya ki, Iran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib.

İranın rəsmi xəbər agentliyi İRNA Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatını Ermənistan Baş nazirinin İrana səfərinə əsəbi reaksiya kimi qiymətləndirib.

“Qeyd olunub ki, Ermənistanın Baş nazirinin Tehrana səfəri ilə eyni vaxtda Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti İranla əlaqəli olduğu iddia edilən silahlı qruplaşma üzvlərinin həbs edildiyini açıqlayıb.

Buna əsaslanaraq belə görünür ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatı Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehrana səfərinə əsəbi reaksiyadır.

Dövlət Təhlükəsizliyi Xidməti yalan iddialarını təkrarlayaraq 2018-ci ildə gizli və qanunsuz silahlı qruplaşmaya rəhbərlik etməkdə təqsirləndirilən bir sıra şəxslərin qiyabi həbsinə orderlərin verildiyini növbəti dəfə açıqlayıb”.

İranşünas qeyd edir ki, Azərbaycan Ermənistan və İran arasında istənilən görüşünü əsəbli şəkildə qarşılayır. Ekspertin sözlərinə görə, Azərbayvan artıq iki ildən çoxdur ki, İrana qarşı təbliğatını daha gücləndirib və İranda separatçı əhval-ruhiyyə yaratmağa çalışırlar. Dövlət telekanallarından da İrana qarşı təbliğat aparırlar. İndi də yeni “mahnı” təqdim edərək öz narahatlıqlarını bildiriblər ki, Kapanda baş konsulluq açılıb, İran Ermənistanla dost olub və hır hansı bir dəlizə qətiyyətlə qarşıdır.

Daha çox göstər
Back to top button